Mixail Saakaşvilinin səhhəti yaxşılaşıbbackend

Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidəki “Vivamed” özəl klinikasında olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti stabildir və yaxşılaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin direktoru Zurab Çxaidze açıqlayıb.

“Xəstənin vəziyyəti stabildir, yaxşılaşdığını deyə bilərik. Parametrlər sabitdir, istər hemodinamik parametrlər və ya tənəffüs parametrləri. Mütləq pisləşmə yoxdur, baxmayaraq ki, diqqət tələb edən bəzi tədqiqatlar var”, – Çxaidze bildirib.

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti saxlanılaraq həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb.