Rusiya tezliklə Tbilisini ələ keçirəcək – Saakaşvili xəbərdarlıq etdibackend

Rusiya tezliklə Tbilisini ələ keçirəcək – Saakaşvili xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hazırkı prezident Salome Zurabişvilini müdafiə edib.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Saakaşvilinin yaydığı bəyanatda yer alıb.

O, Moskvanın tezliklə Tbilisidə hakimiyyəti ələ almağa hazırlaşdığını bildirib.

“Mən Prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları, azadlıq üçün mübarizə çağırışlarını dəstəkləyirəm. Bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, eləcə də prezidentlə dərhal konsultasiyalar aparmalıdırlar. Tamamilə aydındır ki, Moldovadakı uğursuzluq, həmçinin Ukraynadakı məğlubiyyətdən sonra Moskva yaxın zamanlarda Tbilisidə hakimiyyəti ələ keçirməyə hazırlaşır. İndi zaman küsülülükləri yada salmaq vaxtı deyil. Biz bu böyük müharibədə bütün mübarizə imkanlarından istifadə etməliyik”.