Saakaşvili: “Bu, gürcü xalqının növbəti istehzasıdır”backend

Saakaşvili: “Bu, gürcü xalqının növbəti istehzasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrakli Qaribaşvilinin ölkənin baş naziri postundan istefa verməsini və hakim Gürcü Arzusu Demokratik Gürcüstan Partiyasının sədri İrakli Kobaxidzenin onun yerinə təyin olunmasını gürcü xalqının istehzası adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkələrdə qeyd edib.

“Kobaxidzenin təyinatı gürcü xalqının növbəti istehzasıdır”, – deyə Saakaşvili bildirib.

Onun fikrincə, Qaribaşvilinin tutduğu vəzifədən getməsi nəticəsində sadə vətəndaşlar üçün heç nə dəyişməyəcək.