Mixaylovdan İrəvana: Bu, əclaflıqdır!backend

Mixaylovdan İrəvana: Bu, əclaflıqdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şübhə yoxdur ki, Paşinyan rejimi tamamilə nasist rejiminə çevrilib. Yoxsa dinc əhaliyə zərbələri necə izah etmək olar?

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov video-müraciətində bildirib.

“Bu əclaflıqdır. Cəbhədə qalib gələ bilmirsən deyə, dinc əhalini öldürməlisən?!”, – deyə Mixaylov Ermənistana müraciət edib.

Onun sözlərinə görə, bunu yalnız cinayətkar rejim edə bilərdi: “Əgər savaşırsansa, döyüş meydanında mübarizə apar, ya qalib gəl və ya da təslim ol. Bütün dövrlərdə belə hesab edilib. Amma bu, indiki Ermənistan ordusuna aid deyildir.

Hesab edirəm ki, Azərbaycan sadəcə öz işini görərək, torpaqlarını geri almalı və hərbi cinayətkarları cəzalandırmalıdır. Dünya birliyi susur, amma bu, o demək deyil ki, heç bir reaksiya olmayacaq. Reaksiya rəsmi Bakının cinayətkarları məhkəməyə təqdim etdiyi zaman olacaq. Gec olsun, amma hər kəsin gözü açılsın!”