Moldova prezidenti parlamentin yeni milli təhlükəsizlik strategiyasının təsdiqini alqışlayıbbackend

Moldova prezidenti parlamentin yeni milli təhlükəsizlik strategiyasının təsdiqini alqışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova prezidenti Maya Sandu parlamentin respublikanın yeni milli təhlükəsizlik strategiyasını təsdiq etməsini alqışlayıb, onun əsas təhdidlərini korrupsiya və Rusiya adlandırıb.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bu barədə prezidentin saytında məlumat verilib.

Sandu bildirib ki, bu strategiya regionda təhlükəsizlik vəziyyətindəki dramatik dəyişikliyə cavabdır.

“Sənəd əsas təhdidləri müəyyənləşdirir və onlara effektiv şəkildə qarşı çıxmaq üçün həll yolları təklif edir. Bu gün bizim milli təhlükəsizliyə iki böyük təhdidimiz var: Rusiya Federasiyasının ölkəmizə və bütövlükdə dünyaya qarşı apardığı təcavüzkar siyasət və Moldovada kök salmış korrupsiya”, – deyə Moldova prezidenti bildirib.