Moskvada bankir və ailə üzvləri qətlə yetirilibbackend

Moskvada bankir və ailə üzvləri qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskva şəhərinin qərbində bankir Mixail Yaxontov, həyat yoldaşı və oğlu yaşadıqları mənzildə qətlə yetiriliblər.

NOCOMMENT xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, o, “Smolensk bank” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru olub. 2016-cı ildə onun adı məqsədyönlü iflasla bağlı cinayət işində hallanıb.

Bir müddət əvvəl Rusiya İstintaq Komitəsininin Moskva şəhəri üzrə idarəsi başçısının köməkçisi Yuliya İvanova Mosfilm küçəsində mənzildə kişi, qadın və 8 yaşlı uşaq meyitinin aşkarlandığını bildirib. Onun sözlərinə görə, meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunub.

report