Moskvadan qayıdan Moldova Prezidenti özünü təcrid edibbackend

Moskvadan qayıdan Moldova Prezidenti özünü təcrid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Prezidenti İqor Dodon bu gün səhər Moskvadan qayıtdıqdan sonra üç gün özünü təcrid etmək qərarına gəldiyini, bazar günü koronavirus testindən keçəcəyini söyləyib.

“Qərara gəldim ki, 2-3 gün ara verəcəm və ictimai tədbirlərdə iştirak etməyəcəyəm. Bu bir növ özünü təcrid etməkdir. Bazar günü testdən keçəcəm və əgər mənfi olarsa, bazar ertəsi günü işə qayıdacağam”, – deyə Dodon Facebook səhifəsində yayımlanan “Prezident cavab verir” proqramının efirində söyləyib.

NOCOMMENT xəbər verir ki, Prezident iyunun 24-də Moskvadakı Qələbə Paradında iştirak edən nümayəndə heyətlərinin bütün üzvlərinin səfərdən əvvəl koronavirus üçün bir neçə testdən keçdiyini və Moskvaya gəldikdən sonra başqa bir testin edildiyini söyləyib. Dodon özü üç dəfə testdən keçib.

Bundan əvvəl, Moldova hökuməti ölkədə 15 453 koronavirusa yoluxmanın qeydə alındığını, bunların 502-nin ölümcül olduğunu bildiriblər.