Moşu Sedadan danışdı: Azərbaycandan küsüb getməmişdibackend

Moşu Sedadan danışdı: Azərbaycandan küsüb getməmişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova vəfat edib. O, ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı yenisabah-a danışan “Bəxt üzüyü” filmində canlandırdığı Moşu obrazı ilə hər kəsin qəlbinə yol tapan Valeh Kərimov tərəf müqabilinin ölümündən sarsıldığını bildirib: “Mən rayonda istirahətdə idim, zəng vurub Firəngizin dünyasını dəyişdiyini dedilər, çox sarsıldım, Allah rəhmət eləsin! Firəngiz çox yaxşı insan, həm də gözəl qadın idi. Həm də super müğənni idi.

Mənə elə gəlir ki, o Azərbaycanda yerini tutmadı. Çünki çox yaxşı müğənni idi, gözəl səsi vardı. Bakıya gələndə söhbət edirdik, dedim ki, Firəngiz, sənin səsindən yoxdur. Dedi ki, indi mənim səsim dəbdə deyil, artıq xırıltılı səslər dəbdədir, məndə də elə səs yoxdur.

Amma Firəngizin əla səsi vardı, mahnıları sevilirdi. O həm də yaxşı yoldaş, sədaqətli dost idi. Filmə çəkiləndə iki ay bir yerdə qaldıq. Zarafatlarımızın, gülüşlərimizin sayı-hesabı yox idi. Bütün komandanın şənliyi, yeyib-içməyi bir idi.

Firəngiz də çox sadə bir insan idi, bizimlə deyib-gülürdü, pozitiv idi, Allah ona qəni-qəni rəhmət eləsin”.

Aktyor F.Rəhimbəyovanın Azərbaycandan küskün şəkildə getməsi ilə bağlı gəzən söz-söhbətlərin doğru olmadığını deyib: “Firəngiz Azərbaycandan küskün getməmişdi. 2017-ci ildə “Bəxt Üzüyü-2” filminin çəkilişləri üçün Azərbaycana qayıtdıqda da küskün deyildi. Sadəcə o vaxt SSRİ dağılanda çox adam ölkədən gedirdi, ona da fürsət düşdü və çıxıb getdi.

O daha yaxşı yaşamaq, dolanmaq üçün ölkədən getmişdi. Nədən küsəcəkdi ki? Dəqiq bilmirəm, amma səhv etmirəmsə, onun ana tərəfi yəhudi idi, eşitdiyimə görə, o vaxt onlara getmək üçün imkan yaradılırdı. Firəngiz də bu fürsətdən istifadə edib getmişdi. Amma bir daha vurğulayım ki, bunun dəqiqliyini bilmirəm”.