Mövlud Çavuşoğlu: ‘‘Türkiyə indiyədək 125 ölkəyə yardım etdi’’backend

Mövlud Çavuşoğlu: ‘‘Türkiyə indiyədək 125 ölkəyə yardım etdi’’

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin bu günədək yeni növ koronavirusla mübarizə çərçivəsində 125 ölkəyə tibbi ləvazimat göndərdiyini deyib.

NOCOMMENT.az TRT Azərbaycana istinadən xəbər verir ki,‘‘Rəqəmsal diplomatiya’’ mövzusu ilə bağlı təşkil edilən Antalya Diplomatiya Forumu çərçivəsində ‘‘Epidemiya Dövründə Qaçqınların və Evlərini Tərk Etmək Məcburiyyətində Qalanların Vəziyyəti’’ ilə əlaqədar videokonfrans formatında iclas keçirilib.

İclasda çıxış edın Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu epidemiyanın ölkələr arasında ayrı-seçkilik etmədən hər kəsə öz təsirini göstərdiyini söyləyib.

‘‘Bu proses ərzində qlobal böhranlar qarşısında beynəlxalq əməkdaşlığın əhəmiyyəti bir daha nəzərlərə çarpdı. Türkiyə bu dövrdə başqalarına yardım etmək üçün sürələ hərəkətə keçdi. İndiyədək 125 ölkəyə yardım etdik. Bu istiqamətdəki fəaliyyətlərimizi davam etdirəcəyik’’,-deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Qaçqınların və evlərini tərk etmək məcburiyyətində olanların qorunması üçün əməkdaşlığın əhəmiyyətinə toxunan Mövlud Çavuşoğlu bildirib ki, əhatəli, davamlı və daha güclü beynəlxalq addımlara ehtiyac var.

İclasda Mövlud Çavuşoğlu ilı yanaşı İraq xarici işlər naziri Fuad Hüseyn, İordaniyanın xarici işlər naziri Ayman Safadi, Livan xarici işlər naziri Nasif Hitti, Pakistan xarici işlr naziri Şax Məhəmməd Kureyşi, Avropa İttifaqı Komissiyasının daxili məsələlər üzrə üzvü Ylva Cohanson, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissi və Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun müavini Zsuzsanna Yakob iştirak ediblər.