Mövqelərimizi atəşə tutan erməni əsgəri YARALANDIbackend

Mövqelərimizi atəşə tutan erməni əsgəri YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan-Ermənistan şərti sərhədində təxribat törədən daha bir erməni əsgəri yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Sünik rayonunun Tex sektorunda baş verib. Əsgərin səhhətinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, iyulun 12-də səhər saatlarında da Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin yaralandığı barədə məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi də bu gün iki dəfə Laçın istiqamətində erməni silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə məlumat yayıb.