MSK-nın media mərkəzi fəaliyyətə başladıbackend

MSK-nın media mərkəzi fəaliyyətə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Mərkəzə peşə­kar media nümayəndələri cəlb edilib.

Həmçinin Mərkəzin həm feysbuk səhifəsi, həm də telegram kanalı aktiv fəaliyyət göstərməkdədir.

Qeyd edək ki, Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Mərkəzin www.secki-2024.az saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Bu saytda həmçinin seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.