Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.
Milli Məclisin qərarında qeyd edilir ki, aşağıdakı şəxslər Azərbaycan Respublikası Komissiyasının üzvləri təyin edilsinlər:
Abdullayeva Sevinc Qurban qızı, Cavadov Fuad Musa oğlu, Əsgərov Bəxşeyiş Məmməd oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Həsənov Tofiq Eldar oğlu, Xələfov Elçin Abuzər oğlu, İbrahimov Ramiz Hilal oğlu, Qasımov Rövzət Afət oğlu, Qəhramanlı Almas Əlisultan qızı, Quliyev Etibar Cəfər oğlu, Məmmədov Elmar Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Pənahov Məzahir Məhəmməd oğlu, Rəhimov Mikayıl Rəhman oğlu, Şahbazov İlkin Zaur oğlu.
2. Aşağıdakı şəxslər Azərbaycan Respublika Komissiyasının əvəzedici üzvləri təyin edilsinlər
Cəlilova Aysel Zaur qızı, Qarayeva Züriyə Ruslan qızı, Mustafayeva Elnarə Eyyub qızı.//İqtisadiyyat.az










