MSK-ya hesabat təqdim edən partiyaların sayı artıb – SİYAHIbackend

MSK-ya hesabat təqdim edən partiyaların sayı artıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub.

NOCOMMENT-in xəbərinə görə, indiyədək qeydiyyatda olan 58 partiyadan 22-si illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar aşağıdakılardır:

– Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
– Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
– Azərbaycan Liberal Partiyası (ALP)
– Azərbaycan Respublikaçılar Partiyası (ARP)
– “Ədalət” Partiyası
– Demokratik İslahatlar Partiyası (DİP)
– Azərbaycan Tərəqqi Partiyası (ATP)
– Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
– Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
– Azərbaycan Xalq Partiyası (AXP)
– Müasir Musavat Partiyası (MMP)
– Böyük Quruluş Partiyası (BQP)
– Vətəndaş və İnkişaf Partiyası (VİP)
– Müstəqil Xalq Partiyası (MXP)
– “Ana Vətən” Partiyası (AVP)
– “Qorqud” Partiyası
– “Milli Vəhdət” Partiyası
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
– Böyük Azərbaycan Partiyası
– Müsavat Partiyası
– Azərbaycan Ümid Partiyası
– Milli Cəbhə Partiyası (MCP)