KoronaVirus İnformasiya Portalı
MTRŞ “Real TV”-nin lisenziyasına xitam verilməsinə münasibət bildirdibackend

MTRŞ “Real TV”-nin lisenziyasına xitam verilməsinə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real TV-yə 5 mart 2018-ci il tarixdə peyk yayımı üçün 186 qeydiyyat nömrəli lisenziya verilmişdi. Bu onlara yalnız peykdə yayımlanmaq hüququ verirdi”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri MTRŞ-nın şöbə müdiri Nemət Cavadov deyib.

O xatırladıb ki, daha sonra Şura yerüstü ümumrespublika televiziya yayımı üçün müsabiqə elan edib və Şuranın 23 aprel 2019-cu il tarixli iclasında “Real TV” müsabiqənin qalibi elan olunub.

“Yerüstü yayım bütün yayım üsullarını (yerüstü, peyk, kabel və s.) əhatə etdiyi üçün “Real TV”-nin peyk lisenziyasına ehtiyac qalmadı və dünən “Real TV”-nin direktoru Mirşahin Ağayev öz ərizəsiylə Şuraya müraciət etdi ki, peyk yayımı lisenziyası ləğv edilsin. Çünki artıq daha geniş yerüstü ümumrespublika yayımçısı statusu daşıyırlar. Dünən keçirilən iclasda Mirşahin Ağayevin ərizəsinə baxıldı və onun peyk yayımı üçün 186 qeydiyyat nömrəli lisenziyası ləğv edildi. Bu, “Real TV”-nin bağlanması anlamına gəlməməlidir. Ümumrespublika yayımçısı avtomatik həm də peykə çıxır. Belə olan halda isə iki lisenziyaya ehtiyac qalmır”, – deyə N.Cavadov vurğulayıb.   APA