Mirşahin ona qarşı planlaşdırılan sui-qəsd cəhdindən danışdıbackend

Mirşahin ona qarşı planlaşdırılan sui-qəsd cəhdindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real TV”nin rəhbəri Mirşahin Ağayev “Müsavat TV”nin canlı efirində Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin sui-qəsdini planlaşdırdıqları tanınmış ictimaiyyət nümayəndləri arasında adının olmasına münasibət bildirib. 

NOCOMMENT.az xəbər verir ki, M.Ağayev bu barədə suala belə cavab verib:

“COVİD-19 zamanı xəstələnməyim Azərbaycanın sosial şəbəkə seqmentində müəyyən bir qrup tərəfindən çox böyük şadyanalıqla qarşılanmışdı. Biri yazırdı ki, “COVİD, mən səninləyəm”, digəri yazırdı “COVİD Mirşahini aparacaq…” Hərə bir şey danışırdı. Mən mübarizə apardığım düşərgədə təcili yardım xalatı geyinmirəm. Təcili yardım xalatını insan ona görə geyinir ki, o, yeri gələndə uniformada özünü qorunmuş, mühafizə olunmuş hiss etsin. Xalatsızamsa, onlar üzərimə gələcəklər. Mən maska da taxmıram, mən buyam! Bu adamlarla da həmişə mübarizə aparacağam. O ki qaldı o adamların qərarlarına, Allah canlarını salamat etsin. Onların məni sevmək kimi borcları yoxdur. Mənim də onları sevmək, hesablaşmaq kimi mükəlləfiyyətim yoxdur.

Cəmiyyətin bir hissəsi ilə mübarizə aparıramsa, onların necə reaksiya vermələrini gözləyirsiniz? Həkimə gəlmisiniz, həkim dişinizi yoxlayır, dişinizə keyidici iynə vurmalıdır ki, xəstə əlini tutmasın, təpik atmasın. Axı mən bu adamları müalicə edirəm. Elə yerlərini müalicə edirəm, elə yerləri üzərində işləyirəm ki, onlar qışqıracaqlar da, bağıracaqlar da… Neftçilər Xəstəxanasında işləyən bir dostum deyirdi ki, Mirşahin müəllim, yaxşıdır ki görməmisiniz, dünyaya uşaq gətirən analar burada necə söyüşlər söyürlər… Bu adamlar da söyürlər, indi mən nə edim? Onların hislərinə, duyğularına hakim ola bilmərəm axı. Məhz burada mən eqoistəm! Özümü sevirəm. Çernışevski deyirdi: “Özümü ona görə sevirəm ki, sən varsan”. Mən də özümü sizə görə sevirəm. Ona görə sevirəm ki, Elçin Şıxlının, Qulu Məhərrəmlinin, Rauf Arifoğlunun və başqalarının deməli olduqlarını deyirəm. Buna görə kimsə üzərimə gəlirsə, o adamlar da cavab vermirlərsə, hesab edirlərsə ki, Mirşahin onların yerlərinə daha yaxşı cavab verəcək, bu da onların haqqıdır. Onlara da uğurlar arzulayıram!”  /pravda.az