“MTV” kanalının yayımı 8 saatlıq dayandırılacaqbackend

“MTV” kanalının yayımı 8 saatlıq dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Audiovizual Şura “MTV” televiziya kanalının efirinin 27 fevral saat 09.00-dan 17.00-dək 8 saat müddətinə dayandırılması barədə qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a Şuradan məlumat verilib.

Bildirilib ki, buna 20 fevral tarixində kanalının efirində “Tarixin bir günü” proqramında son günlər müzakirə olunan yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin yayılması səbəb olub.

Qeyd edilib ki, həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Qanunun müvafiq maddələri pozulub.

“Sözügedən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndiriib”, – deyə məlumatda vurğulanıb.