Müdafiə nazirinin qızı Forbes-ın siyahısında – SƏBƏBbackend

Müdafiə nazirinin qızı Forbes-ın siyahısında – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən həftə Forbes-ın Rusiya bölməsi ölkənin yaşı 30-dək olan perspektivli 30 gəcinin reytinqini dərc etmişdi.

NOCOMMENT.az Rusyiya mətbuatına istinadən xəbər verir ki, reytinq ölkə əhalisi arasında mirmənalı qarşılanmayıb. Ona görə də Forbes ölkənin müdafiə naziri Sergey Şoyqunun 29 yaşlı qızı Kseniyanın reytinqə salınması səbəbini açıqlamalı olub.

Əvvəlcə qeyd edək ki, “30-dək 30” adını almış bu reytinq çərçivəsində Forbes redaktorları on kateqoriyada ən yaxşı gəncləri axtarırlar – sahibkarlar, menecerlər, maliyyə və investisiya, elm və texnologiya, sosial təcrübələr, idman və e-idman, incəsənət, musiqi, moda və dizayn, yeni media üzrə ölkənin ən perspektivli gəncləri dəyərləndirilir.

Sistema SmartTech vençuri (yüksək risk tələb edən layihələrin maliyyələşdirilməsi) fondunun idarəedici tərəfdaşı olan Kseniya Şoyqu “ailə əlaqələrinə görə də bu iş ala bilərdi. Amma sonda fondda beş milyard rublla əməliyyat edəcək qadın məhz o olacaq. Belə gənc yaşda bir menecerin Rusiyada belə böyük resursları idarə etdiyi başqa oxşar hal yoxdur”, – deyə reytinqin müəllifləri seçimlərini doğrultmağa çalışıblar.

Xatırladaq ki, Sergey Şoyqu 2012-ci ildən bəri ölkənin Müdafiə naziri, Ordu generalı və Rusiya Federasiyasının Milli Qəhrəmanıdır.