Müdafiə Nazirliyi: Bomba Cəlal Arutyunyanı parça-parça edibbackend

Müdafiə Nazirliyi: Bomba Cəlal Arutyunyanı parça-parça edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi və ölkənin xüsusi xidmət orqanlarının 27 oktyabr 2020-ci il tarixdə birgə həyata keçirdikləri unikal xüsusi əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat-atəş tədbirləri və taktiki orta hündürlüyündəki PUA-dan dəqiq zərbə nəticəsində qondarma ğlkənin müdafiə naziri Cəlal Arutyunyan məhv edilib.

NOCOMMENT bildirir ki, Azərbaycan təhlükəsizlik qüvvələri parlaq əməliyyatın görüntülərini də yayıb. Beş gün sonra, cəmi bir neçə saat əvvəl, erməni tərəfi hər halda C.Arutyunyanın ağır yaralandığını etiraf etdi.

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, separatçı qoşunların komandanı ölüm ayağındadır.

Hərçənd Azərbaycanın Müdafiə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, C.Arutyunyan Azərbaycanın xüsusi əməliyyatı nəticəsində öldürülüb: “Cəlal Arutyunyanın parçalara bölündüyünə dair təkzibolunmaz dəlillərimiz var. Ermənistan tərəfi C. Arutyunyanı bizə canlı olaraq göstərə bilsəydi, biz bu sensasiyaya yalnız sevinərdik. Ermənistan KİV-inin tirajladığı informasiya qoşunların komandanının həlak olması faktını gizlədən erməni güc strukturlarına ictimai təzyiqin yumşaldılmasına cəhddir”.