Müəllim qızlara qiymət yazmaq üçün soyunmağı təklif etdi – ŞOK VİDEObackend

Müəllim qızlara qiymət yazmaq üçün soyunmağı təklif etdi – ŞOK VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda universitet müəllimi tələbə qızlara qiymət yazmaq üçün onlara əxlaqsız təxliflər edir.

NOCOMMENT-in məlumatına görə, bu barədə Space televiziyasının aparıcısı Amil Xəlil məlumat paylaşıb.

O, bildirib ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov universitetdə dərs keçdiyi qızlara qiymət yazmaq üçün utancverici təkliflər edib: “Bir neçə qız bu təklifi qəbul etsə də, ona qarşı çıxanlar da olub. Belə ki, qızlardan biri onun bu əməlini ifşa etmək üçün video zəng görüntülərini qeydə alıb. Bu adam qızlara cinsi orqanını göstərir, onlardan da eyni görüntüləri tələb edir. Hətta bir neçə qıza görüntülərin “saxlanılmış” hissəsini yenidən onlara göndərir və “şantaj” işləri ilə məşqul olur. Belə müəllimlər heç bir təhsil ocaqlarında çalışmamalıdır. Utancverici görüntüləri səliqəli halda sizə təqdim edirəm. Bəzən bu kimi hallarda “montajdır” kəlməsi dilimizdən düşməz. Görüntülərə adi gözlə belə baxdıqda hər şey bəlli olur. İnanıram ki, bu adam layiqli cəzasını alacaq”.