Müəllimlərin şikayətinə bu tarixdə baxılacaqbackend

Müəllimlərin şikayətinə bu tarixdə baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin apellyasiya müsahibələrinin keçiriləcəyi tarixlər namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə NOCOMMENT.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq müsahibələr aprelin 26-27-də keçiriləcək.

Namizədlər elektron poçt ünvanlarına göndəriləcək linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər və link elektron poçt ünvanlarına müsahibənin keçiriləcəyi tarixdən bir gün əvvəl göndəriləcək. Həmçinin namizədlərin şəxsi səhifəsində onlayn müsahibəyə dair təlimat yerləşdirilib.