Müxalifətçilər Belqradın mərkəzindəki küçəni bağlayıbbackend

Müxalifətçilər Belqradın mərkəzindəki küçəni bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbyönümlü müxalifətin tərəfdarları Serbiyanın Belqrad şəhərinin mərkəzində küçəni bağlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər verir.

Agentliyin məlumatına görə, 3 nəfər şəxs Dövlət İdarəçilik və Yerli Özünüidarəetmə Nazirliyinin qarşısında toplaşaraq seçici siyahılarının açıqlanmasını tələb edib. Daha sonra onlar Knez Milos küçəsi ilə hərəkət edərək orada nəqliyyatın hərəkətinə mane olublar.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları aksiya iştirakçılarına müdaxilə etməyib, polis əməkdaşları isə nəqliyyatın hərəkətini tərsinə çeviriblər.

Dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları demək olar ki, hər gün səsvermənin nəticələrinə yenidən baxılması üçün aksiyalar təşkil edirlər.