Müxbir olmaq üçün darıxıram – Fulya Öztürk – VİDEObackend

Müxbir olmaq üçün darıxıram – Fulya ÖztürkVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən hər zaman Azərbaycan xalqının yanındayam. Görürəm ki, onlar da mənim yanımdadır. Ona görə də hər kəsə təşəkkür edirəm. Azərbaycan xalqı məni və operator dostum Halili heç zaman unutmur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Baku TV-nin “Üzbəüz” verilişində türkiyəli jurnalist Fulya Öztürk deyib:
“Əslində mən unutqan biriyəm. Getdiyim ölkələri, baş verən hadisələri unudur, bəzənsə qarışdırıram. Amma Gəncə, Bərdə, Tərtərdə baş verənləri, xüsusən də Gəncə terrorunun hər dəqiqəsini xatırlayıram.
Dostum Halillə Gəncəyə gedib çəkiliş edəndə, çox yaxın məsafəmizə raket atılmışdı. Düşünürdük ki, bəlkə də hədəf biz jurnalistlərik…
Bunu hər zaman demişəm, Ermənistan işğalçı, soyqırım zehniyyətinə sahib olan bir dövlətdir.
Sadəcə Gəncədə deyil, Bərdədə, Tərtərdə də sivil vətəndaşların, ataların, anaların, uşaqların öldüyünü gördük. Bu çox böyük bir acıdır, faciədir. Bunlara şahid olmaq, həmin bölgədə çalışmaq çox çətindir. Mən orada çalışan jurnalist həmkarlarımın asanlıqla özlərinə gələ biləcəyini düşünmürəm”.
Daha ətraflı videomaterialdan izləyə bilərsiniz: