Nadir Qafarzadə hərbi ekspertlərə səsləndi: Gedin bozbaşınızı bişirinbackend

Nadir Qafarzadə hərbi ekspertlərə səsləndi: Gedin bozbaşınızı bişirin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstəsək də, istəməsək də sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Bu da reallıqdır ki, bu şəbəkədən düzgün istifadə etməyənlər də kifayət qədərdir.

Bu gün cəmiyyətdə baş verən hər hadisələrə hər kəs sosial şəbəkələr vasitəsilə rəy bildirməyə can atır.

Bəzən hərbi biliyi olmayan, hətta hərbi xidmətə belə çağırılmayan şəxslər bu cür həsas mövzularda fikirlər səsləndirərək cəmiyyətdə çaşqınlıq yaradırlar.

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a danışan müğənni Nadir Qafarzadə bunu cəmiyyətin təhsil səviyyəsi ilə əlaqələndirib: “Cəmiyyət acınacaqlı vəziyyətdədir. Hər kəs bilmədiyi mövzudan danışır. Bunun da başında yenə savadsızlıq, təhsilsizlik durur. Mən inanmıram ki, sosial şəbəkələrdə fikir bildirənlərin içində savadlı, intelligent insanlar olsun.

Belələri çox azdır, bəlkə də 20 faizdir. Qalanı elə şərh yazmaq xatirinə nəsə yazır. Bu gün sosial şəbəkələrdə oturanların hamısı prokuror, ekspert, vəkil, polis, müəllim olublar. Ay balam, axı siz kimsiniz?! Bu ölkənin kifayət qədər vəkili, müəllimi, hərbi eksperti, siyasətçisi var”.

Sənətçi mövzudan xəbəri olmadan sosial şəbəkələrdə müxtəlif mülahizələr yürüdən şəxslərin cəmiyyətdə yersiz çaxnaşma yaratdığını qeyd edib: “Axı siz kimsiniz, sizin fikirləriniz kimə lazımdır? Siz sadəcə boşluqsunuz, gedin evdə bozbaşınızı bişirin və yaxud da işinizlə məşğul olun. Bu fikirlərim bəzilərinə aiddir. Bəsdir savadsız fikirlərinizlə çaxnaşma yaratdınız, düzgün olmayan fikirləri irəli sürürsünüz. İnsanlar sizin üzünüzdən əziyyət çəkir. Vallah, bu belədir, sosial şəbəkələrə girmək olmur. Vallah-billah biabırçılıqdır. Düşünürəm ki, hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar”.