Namiq Qaraçuxurlu ÜZR İSTƏDİbackend

Namiq Qaraçuxurlu ÜZR İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl koronavirusa yoluxan meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yeni paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, o, “Instagram” hesabında səhhəti ilə bağlı məlumat verib.

Meyxanaçı onu sevənlər narahat olmasın deyə virusa yoluxduğunu gizli saxlamaq istədiyini deyib, məlumatın yayılmasına görə isə üzr istəyib:

“Əzizlərim rahatsız olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, bəzi insanlar buna imkan vermədi və hər kəs virusa yoluxduğumu öyrəndi.

Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm və tezliklə sağalıb vətənə dönəcəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən Namiq Qaraçuxurluda koronavirus aşkarlandığına görə Moskvada karantinə alınıb.