NATO tarixində ən böyük hərbi təlim Almaniyada başlayırbackend

NATO tarixində ən böyük hərbi təlim Almaniyada başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 12-də Almaniyada NATO-nun hərbi hava qüvvələrinin ən böyük təlimləri başlayacaq. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bundesverin mətbuat xidməti məlumat yayıb.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə 25 ölkədən 250 təyyarə və 10 min əsgər iştirak edəcək. Onlar Avropa hava məkanında əməliyyatlara hazırlaşacaqlar.

Təlimdə beşinci nəsil Amerika F-35 döyüş təyyarələrinin təqdim ediləcəyi gözlənilir.

“ “Air Defender 23” təlimləri hava qüvvələrinin istifadəsi baxımından NATO tarixində ən böyük təlimdir. Onlar blok və transatlantik əlaqələr daxilində həmrəylik nümayiş etdirəcəklər. Məqsəd müttəfiqlərin hava hücumundan müdafiə qüvvələri ilə hava təlimləri keçirməkdir. Əsas diqqət iştirakçı ölkələrin əməkdaşlığının optimallaşdırılması və genişləndirilməsinə yönəldiləcək”, – mətbuat xidmətindən bildirilib.

Məlumatda təlimlər Almaniyanın 4, Niderland və Çexiyanın 1 hərbi obyektində keçiriləcəyi qeyd edilib.

NOCOMMENT.az