Nazir əməkhaqlarının artırılmasından danışdıbackend

Nazir əməkhaqlarının artırılmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə əməkhaqqı və pensiyalar, işsizlik, qeyri-rəsmi məşğulluq, əlilliyin qiymətləndirilməsi, icbari tibbi sığortada yeniliklər, ünvanlı sosial yardım və şəhid ailələrinə dəstək tədbirlərindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, nazir bütün bu məsələlərlə bağlı ARB24 televiziyası və APA-nın suallarını cavablandırıb.
Maaş artımı
Anar Əliyev bildirib ki, ölkə üzrə əməkhaqqı fondu 3,3 dəfə artıb.
Onun sözlərinə görə, monitorinq tədbirləri çərçivəsində minimum əməkhaqqından aşağı maaş alan şəxslər müəyyən edildikdə, bununla bağlı nəzarət tədbirləri görülür.
Nazir qeyd edib ki, ölkədə əmək müqavilələrinin sayında 44 faizlik artım var.
Əlilliyin təyinatı ilə bağlı şikayətlər araşdırılır?
Əlilliyin təyin edilməsi mexanizmi ilə bağlı məsələyə aydınlıq gətirən, əmək və əhalinin sosial müdafiəsi naziri vurğulayıb ki, bu prosesi daimi nəzarətdə saxlayırlar.
“Vətəndaşlar şikayət etdikdə və yaxud onlara əlillik təyinatından imtina verildikdə, onları əyani müayinəyə dəvət edirik və qəbul edilmiş qərarları bir daha yoxlayırıq”, – o deyib.
Tibbi sığortada əsas hədəf açıqlandı
Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilən icbari tibbi sığorta ilə bağlı görüləcək tədbirlərdən danışan nazir diqqətə çatdırıb ki, burada əsas hədəf tibbi sığorta sisteminin tam şəkildə rəqəmsallaşdırılmasına nail olmaqdır.
Ünvanlı dövlət sosial yardımlarla bağlı sualı cavablandıran Anar Əliyev deyib ki, müəyyən edilmiş şərtlərə cavab verməyən ailələrə sistem üzərindən imtina verilir:
“Bütün şikayətlər və narazılıq halları yerində araşdırılır. Biz hər bir müraciətə, şikayətə diqqətlə baxırıq”.