Nazir TikTok-da canlı yayım açan rəis müavinini işdən çıxardı – FOTObackend

Nazir TikTok-da canlı yayım açan rəis müavinini işdən çıxardı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub.

Belə ki, bundan əvvəl rəis müavini “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir.