Nazir: Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanırbackend

Nazir: Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci hissəsi çatdırılacaq.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün tvitterdəki hesabında bildirib.

“Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin”, – deyə nazir qeyd edib.

Türkiyəyə növbəti tədarükü çərçivəsində isə peyvəndlərin 10 milyon dozası çatdırılacaq.