Nazirdən məktəbli formaları ilə bağlı AÇIQLAMAbackend

Nazirdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz məktəbli formasının rəngini, elementlərini müəyyən edirik, formasını tənzimləyirik. Əgər forma bahadırsa, bu, bazar münasibətləridir, istehlakçıların hüquqlarının müdafiəsi mövzusudur, elm və təhsil mövzusu deyil”.

NOCOMMENT xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, belə hallar varsa, yaxşı deyil. Nazir, həmçinin, təsdiqlənmiş məktəbli formasında bəzi məktəb direktorlarının şalvarın üzərindən xətt çəkərək valideynlərə göndərməsi ilə bağlı yayılan məlumata da münasibət bildirib. O qeyd edib ki, belə konkret şikayətlər varsa, məktəbin nömrəsi, hansı direktor edibsə, bununla bağlı müraciət olunsun və araşdırılsın.