Nazirdən yeni rəis TƏYİNATI – FOTObackend

Nazirdən yeni rəis TƏYİNATI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, idarənin rəisi Elbəy Əli işdən çıxarılıb.

Nazirin digər əmri ilə Nurəddin Mehdiyev Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, N.Mehdiyev Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. “Virtual Qarabağ” İKT Mərkəzinin rəhbəri olan N.Mehdiyev Birinci Qarabağ Müharibəsi nəticəsində işğal olunan Azərbaycan torpaqlarının tarixindən bəhs edən çoxsaylı filmlərin müəllifidir.

Nurəddin Mehdiyev
Nurəddin Mehdiyev