Nazirə yeni müavin təyin olunacaq, üç nəfərə general rütbəsi veriləcək – İDDİAbackend

Nazirə yeni müavin təyin olunacaq, üç nəfərə general rütbəsi veriləcək – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyində (FHN) bir qrup şəxsə general rütbəsi veriləcəyi və bir nəfərin nazir müavini postuna gətiriləcəyi gözlənilir.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dəyişikliklərin 16 dekabr Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu il dönümü ərəfəsində baş tutacağı bildirilir.

FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Həsənov Məhərrəm İmanqulu oğlunun nazir müavini təyin ediləcəyi, FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi Seymur Qaraşova, Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərliyə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Zaur Kərimova general rütbəsi veriləcəyi deyilir.