Nazirlik teatrda aylarla maaşların verilməməsinə aydınlıq gətiribbackend

Nazirlik teatrda aylarla maaşların verilməməsinə aydınlıq gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Mədəniyyət Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib: “Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”.