Neft qiymətləri iyul ayından bəri ən aşağı səviyyəyə düşdübackend

Neft qiymətləri iyul ayından bəri ən aşağı səviyyəyə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü il iyulun 6-dan bəri ilk dəfə olaraq 75 dollardan aşağı düşüb. Bunu ICE birjasında ticarət məlumatları sübut edir.

Qeyd olunur ki, Moskva vaxtı ilə saat 19:19-a olan məlumata görə, fevral fyuçerslərinin qiyməti bir barel üçün 75,8 dollara (-3,17%) düşüb. Eyni zamanda, WTI markalı neftin yanvar fyuçerslərinin dəyəri 3,87% azalaraq 69,52 dollar olub. Ümumilikdə isə neftin dünya qiymətləri 3% – ə qədər azalmanı sürətləndirib.

Bloomberg neft fyuçerslərinin qiymətinin aşağı düşməsini bazarda həddən artıq təklifin olması ilə bağlı narahatlıqlarla əlaqələndirib. Tanker izləmə şirkətlərinin məlumatına görə, ABŞ-ın neft ixracı gündəlik rekord həddə – 6 milyon barrelə yaxınlaşır.