ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyəri 0,38% azalaraq 1 barelə görə 68,06 dollar təşkil edib.
NOCOMMENT.az apa.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,34% azalaraq 64,7 dollar təşkil edib.