Nəyə görə soyuqdan dişlər ağrıyır?backend

Nəyə görə soyuqdan dişlər ağrıyır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soyuğa qarşı hiperhəssaslıqdan dişlər ağrıya bilər. Belə adamlar qışda daha çox əziyyət çəkir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, alimlər soyuqdan diş ağrısının səbəbini açıqlayıb.

Soyuqdan kariyesli dişlər, emalı zədələnmiş dişlər və damaq xəstəliyi olanlar ağrıyır. Amma sağlam dişlər də soyuğa həssas ola bilər, bu fenomenin səbəbi hələ məlum deyil.

Dişin bərk toxumasını təşkil edən odontoblast hüceyrələrdə temperatur ötürücü işləyir, soyuğa reaksiya verərək hüceyrələri aktivləşdirir. Bu dişləri soyuğun təsirindən qorumaq üçün orqanizmin siqnalıdır.

100 illərdir diş ağrısına qarşı mixək və yağı istifadə olunub. Məlum olub ki, bu yağda olan evgenol məhz bu hüceyrələrdəki TRCP5 zülalını bloklayır, ona görə ağrı kəsilir.

Dişləri soyuğa həssas olanlar bu yağı sınaya bilər.