Nəzarətdən çıxan raketlə bağlı yeni məlumat – Bu bölgələrə düşəcəyi iddia edilirbackend

Nəzarətdən çıxan raketlə bağlı yeni məlumat – Bu bölgələrə düşəcəyi iddia edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Long March 5b” raketinin sabah Yer kürəsinə düşəcəyi gözlənilir.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, ABŞ-ın Kosmik Komandanlığı bəhs edilən raketin istiqamətlərinin izlənildiyini bildirib. Pentaqon isə raketin parçalarının dünyanın müxtəlif bölgələrinə düşə biləcəyini açıqlayıb. “The Guardian” qəzetində yer alan xəbərə görə, ABŞ-ın “Aerospace Corp” adlı kosmik tədqiqatlar mərkəzi raketin Ekvador yaxınlığında Sakit okeana düşə biləcəyini deyib. Bu trayektoriya Yeni Zelandiyadan Kanadanın Nyufaundlend bölgəsinə qədər geniş bir ərazini əhatə edir. Harvard universitetində araşdırma aparan alim Conatan Makdovel isə raketin parçalarının şimal və cənub yarımkürələrdə 41-ci enliklər arasında düşə biləcəyini söyləyib.

Onun sözlərinə görə raket çox sayda insanın həyatı üçün təhlükəli ola bilər: “Keçən il kosmosa atılan “Long March-5B” raketinin böyük metal parçaları göydə uçaraq Fildişi Sahilindəki bir çox bölgəyə ziyan vurdu”.

Bəzi mütəxəssislər isə qeyd edir ki, bu cür raketlər Yer kürəsinə çatmadan göydə yanaraq məhv olur.

Qeyd edək ki, Çin kosmosa göndərdiyi raketin nəzarətdən çıxdığını açıqlamışdı. Nyu-York, Madrid, Pekin kimi böyük şəhərlərin təhlükə altında olduğu bildirilmişdi.