Nigeriya Rusiyanın neft və qaz şirkətlərini əməkdaşlığa dəvət edibbackend

Nigeriya Rusiyanın neft və qaz şirkətlərini əməkdaşlığa dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya hökuməti Rusiya ilə neft və qaz sahəsində əməkdaşlıqda maraqlıdır və bu sahəni daha cəlbedici etmək üçün tədbirlər görüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar bildirib.

“Biz bunda çox maraqlıyıq. Rusiya biznesi üçün qapılar həmişə açıqdır və karbohidrogen sahəsində çalışan Rusiya şirkətləri üçün qapılar heç vaxt bağlanmayıb”, – deyə nazir vurğulayıb.

Nigeriyanı xarici şirkətlər üçün daha cəlbedici etmək üçün yerli hakimiyyət orqanları neft və qaz qanunlarına yenidən baxıblar. Tuqqar qeyd edib ki, nəticədə qərar qəbul edilib və onun çərçivəsində ölkədə karbohidrogenlərin axtarışı, kəşfiyyatı və hasilatını tənzimləyən ayrıca qurum yaradılıb.

“Biz 206 trilyon kub fut qaz üzərində otururuq və onlardan istifadə etməliyik”, – diplomat bildirib.