Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?backend

Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsi əsasında Azərbaycan və Ermənistanın sərhəd xəttinin çəkilməli olduğu barədə aylardır təkrarladığı mövqeyinə aydınlıq gətirib.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan Tavuş bölgəsinə səfəri zamanı Azərbaycanın 4 anklav olmayan kəndi tələb etməsi haqda danışarkən deyib.

O bildirib ki, Almatı Bəyannaməsinə istinad sərhədin sıfırdan çəkilməsinə qarşı əsasdır:

“Biz deyirik ki, bu razılaşma o deməkdir ki, sərhədi sıfırdan çəkməməliyik”.

Paşinyan qeyd edib ki, əgər sərhədlərin yenidən çəkilməsi məntiqinə girsək, bütün sərhədlərimizi itirəcəyik.