Nikoldan sensasion ETİRAF: Təklifi rədd etdik, əvəzində… – VİDEObackend

Nikoldan sensasion ETİRAF: Təklifi rədd etdik, əvəzində… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağla bağlı təklifindən imtina etmişdik.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. O, bir zamanlar Azərbaycanın əvvəlcə Qarabağ ətrafındakı 5 rayon, daha sonra iki rayonun qaytarılmasını və Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiqlənməsini istədiyini bildirib:

“Yəni rayonları status qarşılığında yox, sülh qarşılığında vermək lazımdır. Əks halda müharibə olmalıydı. Bizim hakimiyyət bundan imtina etdi, bu, bizim üçün qəbuledilməz idi”, – deyə o bildirib.

Paşinyan Qarabağdakı döyüşlərin hansı istiqamətdə gedə biləcəyini əvvəlcədən müəyyən edə bilmədiklərini deyib.

O, həmçinin Azərbaycanın cəbhədə uğur qazandığını da etiraf edib: “Biz anlamalıyıq ki, çox çətin situasiya yaranıb. Mən bunu sizə həqiqəti ötürmək və birləşməyimiz üçün deyirəm”.

O, çıxışı zamanı Rusiya, Fransa və ABŞ-a vasitəçiliyə görə təşəkkür edib.