Notariusa getməyə ehtiyac QALMADIbackend

Notariusa getməyə ehtiyac QALMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq insanlar notariusa getmədən mobil tətbiq vasitəsi ilə bir neçə işlərini onlayn şəkildə edə bilərlər”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, notariat sənədlərinin notariusa getmədən elektron rəsmiləşdirilməsi aparıla bilər: “Mobil tətbiqimizi 200 mindən çox şəxs telefonuna yükləyib. Hər gün 500-dən artıq şəxs sənədlərini onlayn qaydada rəsmiləşdirir. 2008-ci ildən istənilən vaxt aparılan bütün notariat hərəkətləri barədə məlumat əldə edə bilərlər. Günün istənilən saatında, dünyanın istənilən nöqtəsində notariat xidmətlərindən yararlanmaq mümkündür”.

A.Səmədzadə bildirib ki, bu dünyada ilk dəfə Azərbaycanda tətbiq olunub.