Nüsrətin qardaşı HƏBS EDİLDİ: Dəhşətli cinayətin DETALLARIbackend

Nüsrətin qardaşı HƏBS EDİLDİ: Dəhşətli cinayətin DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur “Salt Bae” restoranlar şəbəkəsinin sahibi Nüsrət Gökçenin qardaşı Özgür Gökçə Küçükçəkməcə Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi” ittihamı ilə həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, prokurorluğun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində fahişəlik şəbəkəsinin gizli fəaliyyəti ifşa olunub.

İstintaq materiallarına görə, 30 yanvar 2026-cı il tarixində başladılan ilk əməliyyatda şübhəlilərin mobil telefonları ekspertizadan keçirilib. Nəticədə fahişəlik fəaliyyəti üçün müştəri tapan şəxslər və cinayət yolu ilə əldə edilən pulların toplandığı bank hesabları tək-tək müəyyən edilib.

Prokurorluğun rəsmi açıqlamasında bildirilir ki, əldə edilən yeni sübutlar əsasında aprelin 17-də keçirilən ikinci əməliyyat dalğasında daha 7 şübhəli həbs olunub, 6 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib.

Davam edən araşdırmalar çərçivəsində cinayət əməllərində birbaşa iştirakı təsbit edilən Özgür Gökçə haqqında aprelin 24-də saxlanılma qərarı çıxarılıb.

Aprelin 27-də ifadəsi alınan şübhəli Gökçə çıxarıldığı məhkəmə tərəfindən həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib./Musavat.com/