Nyu York merindən Azərbaycana qarşı ŞOK SÖZLƏRbackend

Nyu York merindən Azərbaycana qarşı ŞOK SÖZLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York şəhərinin meri Zohran Mamdani 24 aprel münasibətilə paylaşdığı mesajla diqqət mərkəzinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, Mamdani sosial media platforması X-də yaydığı açıqlamada Türkiyə və Azərbaycana qarşı bir sıra ittihamlar səsləndirib.

Mer paylaşımında 1915-ci il hadisələrinə toxunaraq Osmanlı dövründə 1,5 milyon erməninin həyatını itirdiyini iddia edib. O, bu hadisələrin müasir dövrdə təkrarlanmamalı olduğunu vurğulayıb və Türkiyə ilə yanaşı region ölkələrinə də mesaj göndərib.

Açıqlamada yalnız tarixi hadisələr deyil, müasir dövr də hədəfə alınıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan Mamdani 2020-ci il müharibəsi zamanı Türkiyə və Azərbaycanın erməni əhaliyə qarşı hücumlar həyata keçirdiyini iddia edib.

O, həmçinin 2023-cü ildə 100 mindən çox erməninin bölgədən köç etdiyini bildirərək bunu “tarixi prosesin davamı” kimi qiymətləndirib.

Siyasi müşahidəçilər hesab edir ki, bu cür açıqlamalar regionda və beynəlxalq müstəvidə yeni müzakirələrə səbəb ola bilər. Xüsusilə Türkiyə və Azərbaycanla münasibətlər fonunda belə bəyanatların diplomatik reaksiyalar doğuracağı istisna edilmir.

Qeyd edək ki, 24 aprel mövzusu hər il beynəlxalq səviyyədə mübahisələr doğurur və müxtəlif siyasi fiqurlar tərəfindən fərqli şəkildə şərh olunur.

Aliyə
NOCOMMENT.az