O döyüşlərdə qazanılan qələbə xalqımızın tarixidirbackend

O döyüşlərdə qazanılan qələbə xalqımızın tarixidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai fəal Ramil Mehdiyev Aprel döyüşlərinin ildönümü ilə bağlı məqalə yazıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məqalədə deyilir:

“Azərbaycan Ordusunun uğurlu Aprel döyüşləri, o döyüşlərdə qazanılan qələbədən 8 il keçir. O döyüşlərdə qazanılan qələbə xalqımızın tarixidir.

2016-cı ilin Aprel döyüşləri Ermənistan hərbi birləşmələrinin, bu anlamda Ermənistan ordusunun məğlubedilməzlik mifinin puçluğunun – qondarma olmasının təsdiqinin başlanğıcı oldu. Bunu Azərbaycan Ordusu döyüşlərlə təsdiqlədi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən 5-nə kimi davam edən bu döyüşlərdə Azərbaycan Ordusu neçə-neçə strateji əhəmiyyətli yüksəkliyi, 2000 hektardan çox ərazini işğaldan azad etdi.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qələbə qazananların hərbçi-vətəndaşlıq missiyasını 2020-ci ilin payızında Vətən müharibəsi iştirakçıları Zəfərlə tamamladı. Bu Zəfər Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin Zəfəri idi, xalqın orduya inamının Zəfəri idi.

2016-cı ilin aprelində bir yaz günündə Lələ Təpədə tumurcuq açan Zəfər gülümüz nəhayət Xankəndidə öz ətrinə büründü.

Artıq güllü-çiçəkli, xoşətirli Qarabağımız ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə dirçəlir.

Biz hamımız bir vətəndaş olaraq azad olmuş torpaqlarımızın yenidən qurulmasında ölkə rəhbərliyinin yanında olmalıyıq.

Qələbəmizi qısqananların qarşısında isə bir yumruq tək birlik göstərməyimiz borcumuzdur, döyüşlərdə ordumuzun dəmir yumruğunun yanında olduğumuz kimi!”