Erməni generalın oğlunu əsir götürən kəşfiyyatçımız – Videobackend

Erməni generalın oğlunu əsir götürən kəşfiyyatçımız – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovun şəhadətindən 8 il ötür.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər:

“Həmişə Ağdama baxıb deyərdi ki, Ali Baş Komandan əmr versə, torpaqlarımızı canımız bahasına olsa da, düşmən tapdağından azad edərdik”.

O, Ağdamda dünyaya göz açıb. 1990-cı ildə sovet ordusundan imtina edib, Milli Orduya qoşulub.

Birinci Qarabağ müharibəsində Xocalıda Fərrux dağı və Aranzəmin kəndində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və erməni generalın oğlunu əsir götürməklə yaddaşlarda qalıb.

1993-cü il iyunun 12-də kəndinin işğal edilməsi və anasının həlak olması onun gələcək həyatını müəyyənləşdirir. Ali hərbi təhsil alır. Peşəkar kəşfiyyatçı olur.

O çox məsuliyyətli və diqqətli adam idi. Əsgəri ilə kəşfiyyata gedək tək komandir idi. Düşmən generalının oğlunu əsir götürüb. 26 il Vətənin keşiyində dayanıb.

Ətraflı AzTV-nin süjetində: