Ohanyan həbsdən xilas olmaq üçün bu yola əl atdıbackend

Ohanyan həbsdən xilas olmaq üçün bu yola əl atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan İrəvanda ona qurulan məhkəmə prosesindən canını qurtarmaq üçün xəstəxanaya “düşüb”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.

Onun sözlərinə görə, Seyran Ohanyan hələ də xəstəxanadadır: “Onun müalicəsi hələ də davam edir. Vəziyyəti normaldır, lakin müalicəsini davam etdirmək üçün hələlik xəstəxanada qalacaq”.

Xatırladaq ki, İrəvanda martın 9-da keçirilən məhkəmə prosesində Ohanyan iştirak etməyib.

Bundan sonra məlum olub ki, hərbi cani martın 7-də hərbi hospitala yerləşdirilib.