Olimpiya Oyunlarının açılış günündə Paris səması bağlanacaqbackend

Olimpiya Oyunlarının açılış günündə Paris səması bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Fransa Nəqliyyat Nazirliyi 2024-cü il Olimpiadasının açılışı günü Paris səmasını bağlamağı planlaşdırır. Bu barədə BFMTV məlumat yayıb.

“Saat 19:00-dan gecə yarısına qədər heç bir təyyarə Paris hava limanlarına qalxa və ya enə bilməyəcək… təcili yardım təyyarələri istisna olmaqla. Fransa paytaxtı üzərindən uçuşlar da qadağan ediləcək. Paytaxtın ətrafında 150 kilometr radiusda qadağanedici perimetr yaradılacaq”, – məlumatda deyilir.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

Təşkilat Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətinin dayandırılmasının aradan qaldırılması üçün son tarix təyin etməyib. Həmçinin, rusların oyunlara buraxılması ilə bağlı yekun qərar açıqlanmayıb.

Paris Olimpiadasının 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılır.