Ölkədə süni tənəffüs cizahına qoşulan xəstələrin sayı açıqlanıbbackend

Ölkədə süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu gün ərzində Azərbaycanda 8 054, ölkə ərazisində isə indiyə qədər 804 513 test aparılıb.

Məlumata görə aktiv xəstə sayı 2 269 nəfərdir, onlardan 221 nəfər reanimasiyadadır, 41 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər isə vəfat edib.