Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?backend

Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 319, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 006, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 270, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 260 nəfər təşkil edir.