Ölkənin məşhur şirkətində yeyinti aşkarlanıbbackend

Ölkənin məşhur şirkətində yeyinti aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “Veysəloğlu” Şirkətlər Qrupunun satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub.

NOCOMMENT-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.

Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.