Ombudsman Aparatı Xocalının səsi adlı videoçarx hazırladıbbackend

Ombudsman Aparatı Xocalının səsi adlı videoçarx hazırladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “Xocalının səsi” adlı videoçarx hazırlanıb.

Videoçarxda bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub, Ombudsmanın hər il ənənəvi olaraq bu soyqırımı hadisəsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına Bəyanat ünvanladığı qeyd edilib.

Ombudsman Səbinə Əliyeva dünya ictimaiyyətini, beynəlxalq qurumları Xocalı soyqırımında əli olan şəxslərin məsuliyyətə cəlb edilməsində Azərbaycana dəstək olmağa çağırıb.